Din Qurumunun nümayəndə heyəti Balakən rayonunda gürcü müsəlmanları ilə görüşüb
Din Qurumunun nümayəndə heyəti Azərbaycan Respublikasının Balakən rayonunun İthitala kəndindəki Cümə məscidində olub, burada Gürcüstan müsəlmanları və xristianları ilə görüşüb.
InterPress.ge xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi məlumat yayıb.
Məlumata görə, Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze məscidin imamı Hacı Məhəmməd Əliyevlə danışıb. Zaza Vaşakmadze məsciddə olanlara Gürcüstandakı tolerant mühitdən, Gürcüstan dövlətinin Gürcüstanın müsəlman vətəndaşlarına göstərdiyi dəstək və maliyyə yardımından danışıb.
"Məscidə toplaşan müsəlman camaatına gürcü dilində nəşr olunmuş Quran, xristian camaatına isə İncil hədiyyə edilib.
Görüşdə Belakən rayonunun qubernatoru İslam Rzayev, kənd müvəkkili German Balayev və məktəbin direktoru Məmməd Mustafayev iştirak ediblər"- məlumatda bildirilir.


