Fransada oğurluq edən 3 Gürcüstan vətəndaşı saxlanılıb
Fransada Aleksandr Puşkinin nadir nəşrlərini kitabxanadan oğurlamaqda ittiham olunan üç Gürcüstan vətəndaşı (iki qadın və bir kişi) saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Paris prokurorluğu təsdiqləyib.
Fransa mətbuatının məlumatına görə, saxlanılan şəxslər Parisətrafı qəsəbələrdə, İncəsənət Əsərlərinin Qeyri-qanuni Ticarətinə Qarşı Mübarizə üzrə Mərkəzi Bürosundadır.
Nəşr onu da yazır ki, son vaxtlar rus şairinin əsərləri bazarda yüksək tələbat doğurur. İlk oğurluq iyul ayında Lion kitabxanasında baş verib, burada ziyarətçi orijinalı surəti ilə əvəz edib. Oktyabrın əvvəlində iki cinayətkar Parisdəki Milli Dillər və Sivilizasiyalar İnstitutuna soxularaq 10-a yaxın əlyazmanı oğurlayıb gizləndilər. Söhbət nəşrlərin qara bazarda kolleksiyaçılara yenidən satılmasından və ya Avropadakı rus mədəni irsinin bir hissəsinin Rusiyaya qaytarılmasından gedir.


