Qarşıdakı günlərdə ölkə ərazisində hava necə olacaq?
Noyabrın 24-də Gürcüstanın bəzi rayonlarında yağışlı hava şəraiti davam edəcək, noyabrın 25-26-da havanın açılacağı və isti olacağı, noyabrın 27-də isə yenidən yağıntılı olacağı, havanın temperaturunun xeyli aşağı düşəcəyi, bəzi yerlərdə güclü külək olacağı gözlənilir.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi bildirib.
Tbilisidə noyabrın 26-da hava +17, +19 dərəcəyədək isti olacaq, noyabrın 27-də isə yağış yağacaq, günün ikinci yarısından şimal-qərb küləyi güclənəcək, havanın temperaturu gündüz +10, +12 dərəcə isti olacaq.
Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali): noyabrın 25-26-da hava şəraitinin yağmursuz keçəcəyi, gündüz temperaturun +17, +19 dərəcəyədək yüksələcəyi gözlənilir, noyabrın 27-də isə soyuq, yağışlı və küləkli hava olacaq.
Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği Laqodexi, Ğvareli, Axmeta, Dedoplistskaro): noyabrın 25-26-da hava şəraitinin yağmursuz keçəcəyi, gündüz temperaturun +18, +20 dərəcəyədək yüksələcəyi proqnozlaşdırılır, noyabrın 27-də isə yağışlı və küləkli hava şəraiti gözlənilir.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): noyabrın 27-dək hava şəraitinin əsasən yağmursuz keçəcəyi, noyabrın 27-də isə güclü qar və çovğun olacağı gözlənilir.


