Mixail Saakaşvili: “Tərcümeyi-halıma əsaslanaraq, məni digər millətlərə qarşı irqçilikdə və ya cinsiyyətçilikdə ittiham etmək utancvericidir”
"Bəli, biz daha çox gürcülərin, daha çox Gürcüstan vətəndaşının olmasını istəyirik və bəli, biz bunu hər şəkildə, o cümlədən IN VITRO prosedurunu subsidiyalaşdırmaqla dəstəkləməliyik"
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili Facebook-da yazıb.
Saakaşvili sözügedən məsələ ilə bağlı məhkəmə proseslərinin birində verdiyi açıqlamanı izah edib.
“Gürcülərə süni mayalanma üçün maddi yardımdan danışarkən niyə müxtəlif millətlərin adını çəkməyimdən bəziləri inciyir.
Tərcümeyi-halıma əsaslanaraq, məni digər millətlərə qarşı irqçilikdə və ya cinsiyyətçilikdə ittiham etmək ən azı utancvericidir, xüsusən də söhbət doğumdan gedirsə.
Fakt budur ki, süni mayalanma proseduru bir neçə min dollara qədər başa gəlir,hansı ki, bu gürcülərin 90% -də yoxdur.
Bəli, biz daha çox gürcülərin, daha çox Gürcüstan vətəndaşının olmasını istəyirik və bəli, biz bunu hər şəkildə, o cümlədən IN VITRO prosedurunu subsidiyalaşdırmaqla dəstəkləməliyik"
Qeyd edək ki, Mixail Saakaşvili məhkəmə zamanı bəyan edib ki, doğumun çox aktiv şəkildə təşviqi siyasəti həyata keçirilməlidir.
“Bizə çoxlu uşaqlar lazımdır, stimullara ehtiyacımız var. Bu gün gürcü qadınları başqalarının uşaqlarını daşıyır. Əcnəbilər gəlib gürcü qadınlarından istifadə edirlər. Onlar daxili sıxıntı içindədirlər. Onlar öz övladına hamilə qalmalıdırlar, nə amerikalı, nə avstriyalı, nə banqladeşli, nə də başqası”, - Saakaşvili bildirib.


