22 
Nybr
2023
20:03
243

Marneulidə bələdiyyənin 2024-cü il büdcə layihəsinin ictimai müzakirəsi keçirilib

Marneulidə bələdiyyənin 2024-cü il büdcə layihəsinin ictimai müzakirəsi keçirilib.

InterPress.ge xəbər verir ki, məlumatı Marneuli Bələdiyyəsinin Meriyası yayıb.

Məlumata görə, Marneuli Bələdiyyəsinin konfrans zalında Gürcüstanın “Yerli Özünüidarəetmə Məcəlləsi” Üzvi Qanununa uyğun olaraq Marneuli Bələdiyyəsinin 2024-cü il büdcə layihəsinin ictimai müzakirəsi keçirilib.

İclası Marneuli Bələdiyyəsinin Şəhər Şurasının sədri Amiran Qiorqadze və mer müavini Zurab Fanqan açıblar.

"Maliyyə-büdcə xidmətinin rəhbəri Koba Çxitunidzenin 2024-cü ilin büdcə layihəsinin təqdimatından sonra ictimai yığıncaq sual-cavab rejimində keçirilib.

Bundan əlavə, Vətəndaş İştirakı və Fəallıq Mərkəzinin (VAKM) direktoru Rəşan Ziadəliyev təqdimat şəklində mərkəzin hazırladığı təşəbbüsləri auditoriyaya təqdim edib.
Görüşdə bələdiyyə başçıları, Meriya və Şəhər Şurasının, Bələdiyyənin Gender Bərabərliyi Şurasının, qeyri-hökumət sektorunun, yerli KİV-lərin nümayəndələri və mövzu ilə maraqlanan vətəndaşlar iştirak ediblər.
Marneulidə 2024-cü ilin büdcəsi ilə bağlı ictimai müzakirələr davam edəcək”, - deyə məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər