İrakli Kobaxidze müxalifət haqqında: "Onlar seçkilərdə müvafiq nəticə əldə edəcəklər"
"Əgər bir və iki faizli partiyalar (“Lelo”, Qaxariya və s.) birləşmə haqqında düşünsələr, onlar üçün daha yaxşı olar - baryerlə bağlı spekulyasiyalara son qoysunlar".
InterPress.ge xəbər verir ki, bu barədə jurnalistlərə “Gürcü Arzusu”nun sədri, parlament çoxluğunun lideri İrakli Kobaxidze açıqlama verib.
“Onlar öz reytinqlərini bilirlər, birləşməli və bu yolla baryeri aşmağın qayğısına qalmalıdırlar. Hesab edirəm ki, müxalifət nüfuzdan düşüb. Bu ölkədə müxalifətin necə ikinci cəbhə açmağa yönəlmiş fəaliyyətlə məşğul olduğunu ictimaiyyət gördü. Cəmiyyət bütün bunları gördü və onlar seçkilərdə müvafiq nəticə əldə edəcəklər - heç bir birləşmə onlara kömək edə bilməyəcək”, - İrakli Kobaxidze bildirib.
“Gürcü Arzusu” bildirir ki, Avropa Komissiyasının müsbət qərarından sonra radikallar inqilabi plansız qalıb və indi seçki baryerinin aşağı salınması ilə bağlı spekulyasiyalar aparmağa çalışırlar.


