Marneulidən olan Eltun Qocayev Türkiyədə keçirilən yarışda birinciliyi qazanıb.
InterPress.ge xəbər verir ki, Qocayev Düzcə şəhərində keçirilən peşəkar king of king professional k-1 yarışında 2-ci raundun yarısında qalib olub.
Məlumata görə, çempionatda 8 ölkədən yarışçı iştirak edib.
Qeyd edək ki, Eltun Qocayev 18 ildir ki, idmanla məşğuldur. O, "Kickboxing" imdanı üzrə keçirilən yarışda dəfələrlə qalib olub.

