21 
Nybr
2023
14:35
886

Gürcüstanda beş il ərzində neçə nikah və boşanma qeydə alınıb?

Gürcüstanda 5 ildə 112 049 nikah və 53 888 boşanma qeydə alınıb.

InterPress.ge xəbər verir ki, bu, Vahid Milli Hərəkat Partiyasının üzvü Davit Xacişvilinin deputat sualına cavabda qeyd olunub.

Xacişvili bu sualı Milli Statistika Xidmətinə ünvanlayıb.

Qurumun deputata təqdim etdiyi ətraflı statistika belə görünür.

2018-2022-ci illər üzrə qeydə alınmış nikahların sayı:

 2018 - 23 202 nikah qeydə alınıb

 2019 - 23 285 nikah qeydə alınıb

 2020 - 16 359 nikah qeydə alınıb

 2021 - 23 155 nikah qeydə alınıb

 2022 - 26 048 nikah qeydə alınıb

2018-2022-ci illər üzrə qeydə alınmış boşanmaların sayı:

 2018 - 10 288 boşanma qeydə alınıb

 2019 - 11 205 boşanma qeydə alınıb

 2020 - 7643 boşanma qeydə alınıb

 2021 - 10 654 boşanma qeydə alınıb

 2022 - 14 098 boşanma qeydə alınıb

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər