21 
Nybr
2023
09:04
478

Güclü qar səbəbilə bəzi yollarda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edildi

Güclü qarla əlaqədar daxili dövlət əhəmiyyətli Saçxere (Sareki)-Uzunta-Şkmeri-Zudali avtomobil yolunda qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib.

InterPress.ge xəbər verir ki, məlumatı Gürcüstan Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti yayıb 

Onların məlumatına görə, digər növ avtonəqliyyat vasitələrinin hərəkəti sərbəstdir.

Həmçinin bildirilib ki, güclü qarla əlaqədar Kutaisi (Mocameta)-Tkibuli-Ambrolauri avtomobil yolunun km 39-km 52 (Nakerala aşırımı) hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib, digər avtomobillərin hərəkəti isə sərbəstdir.

Magistral yolun qalan hissələrində avtomobillərin hərəkəti sərbəstdir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər

Qoşqu magistral yolda aşıb
20.07.2024 20:01
143