20 
Nybr
2023
19:56
227

İrəvan və Brüssel Aİ monitorinq missiyasının statusu haqqında saziş imzalayıb

İrəvan və Brüssel Aİ-nin monitorinq missiyasının statusu haqqında saziş imzalayıb.

InterPress.ge xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata görə, sənədi Ermənistan xarici işlər nazirinin müavini Paruir Hovanisyan və Aİ-nin Ermənistandakı nümayəndəliyinin rəhbəri Vasilis Maraqos hazırlayıblar.

“İlk növbədə, fevral ayında bu missiyanı qəbul etdiyi üçün Ermənistan hakimiyyətinə təşəkkür etmək istərdim. Bu missiya artıq Ermənistana sabitlik və təhlükəsizlik baxımından çox şey təklif edib. Bu gün imzaladığımız status haqqında saziş missiyanın ölkədə olduğu müddətdə müxtəlif hüquq və vəzifələrin tənzimlənməsinə gəldikdə daha çox hüquqi müəyyənliyin əldə olunmasına töhfə verəcək”, - deyə Vasilis Maraqos bildirib.

Ermənistan xarici işlər nazirinin müavini Paruir Hovhannisyan qeyd edib ki, Aİ-nin Ermənistandakı missiyasının statusu haqqında razılaşma onun fəaliyyətinin daha səmərəli həyata keçirilməsinə töhfə verəcək.

 

Bizimlə əlaqə saxlayın