17 
Nybr
2023
12:21
177

Prezident: "İvanişvili Avropa İttifaqına gedən yolumuzun sürətləndirilməsində müsbət rol oynamadı"

"Bidzina İvanişvili Ukraynanın qədəm qoyduğu Aİ-yə gedən yolumuzun sürətləndirilməsində müsbət rol oynamadı - onun hakimiyyətdəkiləri pis qərarlar qəbul edərkən ruhlandırdığını nəzərə alsaq, bəlkə də mənfi rol oynadı".

InterPress.ge xəbər verir ki, bunu Gürcüstan prezidenti Salome Zurabişvili “Le Monde” qəzetinə müsahibəsində qeyd edib.

Zurabişvilinin dediyinə görə, impiçment prosedurunun başlanması İvanişvilisiz baş tuta bilməzdi və “Gürcü Arzusu” bunda uğur qazansaydı, “Avropa qərarlarında son dərəcə mənfi rol oynayardı”.

“O, [Bidzina İvanişvili] mənim [2018-ci ildə] ölkə prezidentliyinə avropapərəst namizəd kimi irəli sürülməyimdə çox mühüm rol oynadı, lakin Avropa İttifaqına gedən yolumuzun sürətləndirilməsində müsbət rol oynamadı".

Ondan İvanişvilinin sayəsində hakimiyyətə gəldiyini, ancaq indi nədə ittiham olunduğunı soruşduqda prezident deyib ki, yəqin ki, İvanişvilinin əlində olmadığına görə ittiham olunur.

Həmçinin, prezidentin sözlərinə görə, o, İvanişvili ilə təxminən üç ilə yaxındır ki, əlaqə saxlamayıb.

 “İki il yarım, üç ildir onunla heç bir əlaqəm yoxdur. Xarici siyasətdən başqa onunla başqa söhbətim olmayıb. Aİ-yə səfərimdən qayıdanda nə etməli olduğumuz barədə fikirlərimi bölüşməyə getdim. Bu, real dialoqdan daha çox monoloq idi. Heç kim onun nə düşündüyünü bilmir".

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər