Türkiyə parlamenti İsveçin NATO-ya qəbulu ilə bağlı protokolun təsdiqini təxirə salıb
Türkiyə parlamenti İsveçin NATO-ya qəbulu ilə bağlı protokolun təsdiqini təxirə salıb.
InterPress.ge xəbər verir ki, bu barədə Türkiyənin “Anadolu” nəşri məlumat yayıb.
Sözügedən qərarı Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsi verib.
Komitənin iclasında Türkiyə Xarici İşlər Nazirinin müavini Burak Akçapar çıxış edərək, İsveçin NATO-ya üzvlüyünün “Avro-Atlantik bölgəni daha təhlükəsiz edəcək” və “ikitərəfli əlaqələri inkişaf etdirəcək” -deyə bildirib.
O, həmçinin qeyd edib ki, İsveçin Türkiyənin təhlükəsizliyi sahəsində, ilk növbədə, kürd təşkilatları ilə qarşıdurma ilə bağlı “qanuni narahatlıqlar” anlayışında “müsbət dəyişikliklər” görür. Eyni zamanda, Akçaparın fikrincə, İsveç Türkiyəyə terrora qarşı “öz öhdəlikləri və atılacaq addımları ehtiva edən yol xəritəsi” təqdim etməlidir.
Sonda hakim partiyanın deputatlarının təklifi ilə komitə “müzakirə olunacaq məsələyə aydınlıq gətirilmədiyinə və danışıqların yetərincə müddətə çatmadığına görə” İsveçin NATO-ya daxil olmasının ratifikasiyasını təxirə salmaq qərarına gəlib.
Növbəti məhkəmə iclasının vaxtı təyin edilməyib.