Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

Rəsmi Bakı regionda yeni əməkdaşlıq formatı elan edib - Gürcüstan iştirak etməyəcək

628
Rəsmi Bakı regionda yeni əməkdaşlıq formatı elan edib - Gürcüstan iştirak etməyəcək
Dinləmək üçün basın

Rəsmi Bakı regionda yeni əməkdaşlıq formatı elan edib.

InterPress.ge xəbər verir ki, indiyədək "3+3" (Azərbaycan-Gürcüstan-Ermənistan-Türkiyə-Rusiya-İran) olan format bundan sonra "3+2" (Azərbaycan-Ermənistan-Türkiyə-Rusiya-İran) şəklində olacaq.

Qeyd edək ki, bu məlumat Azərbaycan Xarici İşlər Nazirliyinin ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Braynın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində verdiyi açıqlamalarına dair şərhində yer alıb.

Bildirilib ki, region ölkəsi olmayan ABŞ öz addımları və bəyanatları ilə bölgə ölkələrinin nəqliyyat təhlükəsizliyi səylərinə zərbə vurur: "ABŞ tərəfinə yaxşı məlumdur ki, Ermənistanın 2020-ci il Üçtərəfli Bəyanatın 9-cu bəndindən irəli gələn öhdəliklərini yerinə yetirməməsi Azərbaycanı alternativ yolların tikintisi ilə bağlı qərar qəbul etməyə sövq edib. Qonşu dövlətlərlə kommunikasiya xətlərinin çəkilməsi qaydasının razılaşdırılması, o cümlədən İranla Naxçıvan Muxtar Respublikasına marşrutla bağlı müqavilə Azərbaycanın suveren hüququdur. Bunun fonunda, Azərbaycan da regionun təhlükəsizliyi üçün “3+2” formatının (Azərbaycan-Ermənistan-Türkiyə-Rusiya-İran) prioritet olduğunu bir daha təsdiqləyir. Bu istiqamətdə, sözügedən səylərə xələl gətirən hər hansı bir şərh yersizdir".

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Aİ Ukraynaya dron və döyüş sursatlarının alınması üçün 1,71 milyard avro ayırıbAİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübSon xəbərlərə bax →