13 
Nybr
2023
13:28
528

Avtomobillərlə bağlı yeni qanun qüvvəyə minir - Avtomobil sahiblərinin NƏZƏRİNƏ

Parlamentin Hüquq Məsələləri Komitəsi qış dövründə nəqliyyat vasitələrinin qış təkərləri ilə idarə olunmasına dair qanun layihəsini birinci oxunuşda müzakirə edib və dəstəkləyib.

InterPress.ge xəbər verir ki, komitə "İnzibati Xətalar Məcəlləsi"nə nəzərdə tutulan dəyişikliyi birinci oxunuşda müzakirə edib.

Daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidzenin sözlərinə görə, qış dövründə, dekabrın 1-dən martın 1-dək Gürcüstan hökuməti tərəfindən müəyyən edilmiş zonalarda (keçidlər, eləcə də dağlıq rayonlar) dörd təkərin hamısının qış təkərləri ilə təchiz olunması məcburi olmalıdır. Sürücü bu tələbi yerinə yetirməsə, 100 lari məbləğində cərimə ediləcək və sürücülük vəsiqəsindən 5 bal tutulacaq. Təkərlərin texniki parametrlərini Gürcüstan hökuməti müəyyən edəcək.

Aleksandre Daraxvelidzenin qeyd etdiyinə görə, xüsusi hallarda, meteoroloji şəraiti nəzərə alaraq, iki təkərdə sürüşməyə qarşı zəncirlərin olması öhdəliyi olacaq.

Bizimlə əlaqə saxlayın