11 
Nybr
2023
20:06
511

“Pegasus” aviaşirkəti Kutaisi hava limanında fəaliyyətə başlayır

Dekabrın 22-dən Türkiyənin “Pegasus” aviaşirkəti Kutaisi Beynəlxalq Hava Limanında fəaliyyətə başlayacaq.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Hava Limanları İttifaqı məlumat yayıb.

 İttifaqın baş direktoru İrakli Karkaşadzenin sözlərinə görə, hələ pandemiyadan əvvəl başlayan uzun və çətin danışıqların yekun mərhələsi aviaşirkətlə uğurla başa çatıb.

“Birgə səylərlə daha bir uğurlu layihəni başa vurduq. Nəticədə “Pegasus” aviaşirkəti dekabrın sonundan etibarən həftədə 3 dəfə İstanbul istiqamətində Kutaisi Beynəlxalq Hava Limanına uçuşlar həyata keçirəcək. Yekun qərar “Pegasus” aviaşirkəti tərəfindən İstanbulda “Routes World” aviasiya forumu çərçivəsində aparılan danışıqlardan sonra verilib. İstanbul Kutaisi hava limanı üçün yeni bir istiqamətdir və o, tranzit sərnişinlərə də xidmət göstərəcək ki, bu da bizim üçün çox önəmlidir. Əminik ki, bu, çox uğurlu olacaq və İmereti regionunun turizminə və iqtisadi inkişafına mühüm təsir göstərəcək”, - deyə İrakli Karkaşadze bildirib.

Qeyd edək ki, Türk hava yolu şirkəti Pegasus bazarda 1990-cı ildən fəaliyyət göstərir və hazırda 50 ölkədə 130 istiqamətə uçuşlar həyata keçirir. Pegasus illərdir Tbilisi və Batumi beynəlxalq hava limanlarından uğurla uçuşlar həyata keçirir.

Bizimlə əlaqə saxlayın