Cozef Borell: “ ABŞ yardımı kəsə biləcəyi üçün Ukraynaya dəstək davam etməlidir“
ABŞ-ın Ukraynaya yardımı azala bilər, ona görə də Aİ ölkələri bu fonda Ukraynanı dəstəkləməyə siyasi cəhətdən hazır olmalıdırlar.
InterPress.ge xəbər verir ki, bunu Aİ-nin ali nümayəndəsi Cozef Borrel deyib.
"Bizim Avropa İttifaqını sınaqdan keçirəcək bir çox problemimiz var. İlk növbədə, bu Ukraynadır, hansı ki, Rusiya üzərində qələbə perspektivi ani deyil. Biz, avropalılar, hansı ki, bunu bacara bilərik, siyasi cəhətdən desək, ABŞ-ın dəstəyinin azalacağını nəzərə alsaq Ukraynaya yardımımızı davam etdirməliyik ", - Borel bildirib.
Məlumat üçün bildirək ki, ABŞ Konqresi hələ ki, Ukraynaya dəstək üçün milyardlarla dolların ayrılması ilə bağlı qərar verməyib. Maliyyə çatışmazlığı ABŞ-ı Kiyevə hərbi yardım axınını məhdudlaşdırmağa vadar etdi, çünki Pentaqonun silah ehtiyatını doldurmaq üçün cəmi 1 milyard dolları qalıb.


