Vətəndaşlar “Avropa üçün səsimiz” şüarı ilə Orbeliani sarayının yaxınlığında toplaşıblar
Vətəndaşlar Avropa Komissiyasının qərarı ilə bağlı “Avropa üçün səsimiz” şüarı ilə Orbeliani sarayının yaxınlığında toplaşıblar.
InterPress.ge xəbər verir ki, məlumata görə, tədbir prezident Salome Zurabişvilinin təşəbbüsü ilə planlaşdırılıb.
Tədbir Gürcüstanın dövlət himni ilə açılıb.
Həmçinin dövlət başçısının təşəbbüsü ilə bu gündən imzatoplama kampaniyası - “Səsimiz Avropaya” başlayır.
"Bizim imza kampaniyamız - "Avropaya səsimiz" bu gündən başlayır. Məndən yox, sizdən asılı olan kampaniya bütün ölkə daxilində və xaricdə yayılmalıdır", - deyə prezident bildirib.
Tədbirdə qeyri-hökumət təşkilatlarının və müxtəlif sahələrin nümayəndələri , Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski iştirak edir.
Qeyd edək ki, bu gün saat 20:00-da konsert nəzərdə tutulsa da, Tamaz Ginturun rus işğalçı qüvvələri tərəfindən öldürülməsi səbəbindən konsert ləğv edilib.


