06 
Nybr
2023
23:18
277

Baş nazir: “Beynəlxalq ictimaiyyəti Kirbalidə baş verənlərə müvafiq qiymət və reaksiya verməyə çağırırıq“

Biz beynəlxalq ictimaiyyəti hadisəyə müvafiq qiymət  və reaksiya verməyə, eləcə də işğal rejiminin nümayəndələrini günahkarın müəyyən edilməsi və cəzalandırılması üçün bütün tərəflərlə əməkdaşlığa çağırırıq”

InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Qaribaşvili sosial şəbəkədə yazıb.

Onun sözlərinə görə, Kirbali kəndində rus işğalçı qüvvələrinin açdığı atəş nəticəsində Gürcüstan vətəndaşının öldürülməsi faktı ərazidə təhlükəsizlik şəraitinin çətin olduğunu bir daha təsdiq edir və işğalın ağır nəticələrindən xəbər verir.

“Ən dəhşətli hadisə Qori bələdiyyəsinin Kirbali kəndi yaxınlığında Rusiyanın işğal etdiyi ərazidə baş verib - Gürcüstan vətəndaşı onu qanunsuz həbs etmək cəhdi zamanı Rusiya işğalçı qüvvələrinin nümayəndəsi tərəfindən güllələnib.
Hadisə yerlərdə çətin təhlükəsizlik mühitinin olduğunu bir daha təsdiqləyir və işğalın ağır nəticələrindən danışır, təəssüf ki, Gürcüstan hakimiyyəti ilə bərabər mülki vətəndaşlar da bununla üzləşməli olurlar.
Bu ən ağır faciə ilə bağlı mərhumun ailə üzvlərinə və yaxınlarına başsağlığı verirəm. Bu çətin anlarda dövlət onların yanındadır.
Sözügedən hadisə ilə bağlı bütün müvafiq mexanizmlər işə salınıb, beynəlxalq tərəfdaşlar məlumatlandırılıb.
İşğalçı qüvvələr tərəfindən qanunsuz saxlanılan daha bir Gürcüstan vətəndaşının tezliklə azad edilməsi üçün fəal iş aparılır.
Biz beynəlxalq ictimaiyyəti hadisəyə müvafiq qiymət və reaksiya verməyə, eləcə də işğalçı rejimin nümayəndələrini günahkarın müəyyən edilərək cəzalandırılması üçün bütün tərəflərlə əməkdaşlığa çağırırıq”, - baş nazir yazıb.


 

Bizimlə əlaqə saxlayın