Prezident Rusiya işğalçı qüvvələri tərəfindən Gürcüstan vətəndaşının öldürülməsi ilə bağlı: “Mən beynəlxalq ictimaiyyəti Rusiyanın hərəkətlərini birmənalı şəkildə pisləməyə çağırıram”
"Rusiya işğalçı qüvvələri tərəfindən qanunsuz həbsdə olan bir Gürcüstan vətəndaşının öldürülməsi məni çox qəzəbləndirdi"
InterPress.ge xəbər verir ki, bunu Gürcüstan prezidenti Salome Zurabişvili sosial şəbəkədə yazıb.
Prezident hadisəni “Gürcüstan dövlətçiliyinə açıq hücum” kimi qiymətləndirib və beynəlxalq ictimaiyyəti Rusiyanın hərəkətlərini birmənalı şəkildə pisləməyə çağırıb.
“Gürcüstan dövlətçiliyinə qarşı bu qəddar hücum “bir inanclı qardaş”ın əsl simasını bir daha ortaya qoyur.
Mən təcili olaraq beynəlxalq ictimaiyyəti bütün beynəlxalq normaları açıq-aşkar və həyasızcasına pozan Rusiyanın hərəkətlərini birmənalı şəkildə pisləməyə çağırıram”, - Salome Zurabişvili bildirib.
Xatırladırıq ki, Kirbali kəndi yaxınlığında rus işğalçı qüvvələrinin açdığı atəş nəticəsində Gürcüstan vətəndaşı həlak olub. Məlumata görə, Rusiya işğalçı qüvvələri daha bir Gürcüstan vətəndaşını qanunsuz olaraq saxlayıb.
İşğal əleyhinə hərəkatın lideri Davit Katsaravanın sözlərinə görə, rus işğalçıları tərəfindən öldürülən şəxs Tamaz Qinturidir.


