İlya Darçiaşvili Aİ-nin genişlənməsi üzrə işçi qrupunun iclasında iştirak edib
Berlində keçirilən hazırkı konfrans çərçivəsində Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili Avropa İttifaqının genişlənməsi üzrə işçi qrupunun iclasında iştirak edib.
InterPress.ge xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlikdən verilən məlumata görə, görüşdə Latviya, İsveç, Avstriya, Monteneqronun Sloveniya, Bosniya və Herseqovina, Kosovonun xarici işlər nazirləri, həmçinin Moldova, Macarıstan və Albaniyanın nümayəndələri iştirak ediblər.
“Nazir Gürcüstanın Avropa İttifaqına inteqrasiya prosesi və Avropa Komissiyasının tövsiyələrinin yerinə yetirilməsi barədə danışıb.
İlya Darçiaşvili iştirakçılara gürcü tərəfinin apardığı islahatlar və əldə olunan nəticələr barədə məlumat verib və ümid edib ki, Gürcüstanın avropalı tərəfdaşlar tərəfindən səyləri namizədin statusu ilə bağlı müvafiq qərarda öz əksini tapacaq", - məlumatda qeyd olunur.


