31 
Okt
2023
11:41
475

9 ayda beynəlxalq turizmdən əldə olunan gəlir 3,3 milyard dollar təşkil edib

9 ayda beynəlxalq turizmdən əldə olunan gəlir 3,3 milyard dollar təşkil edib.

InterPress.ge xəbər verir ki, 2023-cü ilin I-III rübündə səyahətdən (turizmdən) əldə olunan gəlir 2019-cu ilin göstəricisini üstələyərək rekord göstərici - 3 251 651 900 ABŞ dolları təşkil edib ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə (+668 812 328 ABŞ dolları) 25,9% çoxdur.

2022-ci illə müqayisədə səyahət gəlirləri +734 468 385 (+29,2%) ABŞ dolları artıb.

2023-cü ilin üçüncü rübündə səyahətdən əldə olunan gəlir 2019-cu ilin göstəricisini üstələyərək 1,447,121,966 ABŞ dollarına çatıb ki, bu da 2019-cu ilin eyni göstəricisi ilə müqayisədə +28,4% təşkil edib, 2022-ci ilin üçüncü rübü ilə müqayisədə isə səyahət gəlirləri +72,468,664 (+5,3%) ABŞ dolları artıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər