30 
Okt
2023
18:23
389

Baş nazir Çexiyanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Petr Kubernat ilə görüşüb

Gürcüstanın baş naziri İrakli Qaribaşvili Çexiyanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Petr Kubernat ilə görüşüb.
 

InterPress.ge xəbər verir ki, bu barədə hökumət administrasiyası məlumat yayıb.

Məlumata görə, tanışlıq görüşündə Çexiya ilə Gürcüstan arasında əlaqələr və əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.

“Hökumət başçısı yeni səfiri təyinatı münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Gürcüstanın xarici siyasət prioritetləri vurğulanıb, Çexiyanın Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə, eləcə də Avropa və Avro-Atlantika inteqrasiyasına güclü dəstəyi qeyd edilib.
İclasda Gürcüstan hökumətinin Avropa İttifaqının 12 tövsiyəsinin yerinə yetirilməsi istiqamətində atdığı addımlar müzakirə edilib. Baş nazir ölkəmizə namizəd statusunun verilməsinin vacibliyini vurğulayıb və ümidvar olduğunu bildirib ki, Gürcüstanın göstərdiyi səylər Avropa Komissiyasının hesabatında öz layiqincə əksini tapacaq və Avropa Komissiyası Gürcüstana namizəd statusunun verilməsini tövsiyə edəcək.
Görüşdə ölkələr arasında ticarət-iqtisadi əlaqələrin dərinləşdirilməsinin zəruriliyi və hər iki tərəfin bu istiqamətdə işləməyə hazır olduğu vurğulanıb.
Hökumət administrasiyasında keçirilən görüşdə Çexiyanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfirinin müavini Yana Qaşparikova iştirak edib”, - məlumatda bildirilir.

Bizimlə əlaqə saxlayın