"Hakimiyyət qabaqlayıcı tədbirlər görməlidir" - Kaladze
Tbilisi meri Kaxa Kaladzenin bəyanatına görə, gərginlik və iğtişaş yaratmağa çalışan müəyyən qrupların təhdidlərinin hələ də mövcud olduğunu nəzərə alaraq, hökumət qabaqlayıcı tədbirlər görməlidir.
InterPress.ge xəbər verir ki, Kaladze bu barədə jurnalistlərə açıqlamasında deyib.
“Söhbət hansı iradlardan getdiyini bilmirəm, lakin sözügedən qanun layihəsi bizim ideyamız deyil. Oxşar qanunlar bir çox inkişaf etmiş Avropa ölkələrində də tətbiq edilir. Ona görə də müəyyən qrupların iğtişaş və gərginlik yaratmağa cəhd edə biləcəyi təhlükələrinin hələ də olduğunu nəzərə alsaq, qabaqlayıcı tədbirlər görməliyik. Ona görə də qeyd olunan qanun layihəsinin qəbul edilməsi vacibdir.
Demək olar ki, buna qarşı çıxan hər kəs, əslində, Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin danışdığı radikal kursun davamçısıdır. Təəssüflə qeyd etmək lazımdır ki, hələ də qarşı-qarşıya gəlmək, hakimiyyəti devirmək istəyən siyasi qruplar, siyasətçilər var. Bəziləri bunu kənardan dəstəkləyə bilər. Lakin biz buna imkan verməyəcəyik, çünki ölkədə sülhü qorumaq istəyirik”, - Tbilisi meri bildirib.


