28 
Okt
2023
21:03
282

Rəcəb Tayyib Ərdoğan : “ Qəzza zolağında baş verən zorakılığa görə ən böyük məsuliyyəti Qərb daşıyır“

"Qəzzada baş verən hadisələrin əsas günahkarı Qərbdi".

InterPress.ge xəbər verir ki, bu sözləri 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Fələstini dəstəkləyən mitinqdə bildirib.
 

“Dünən Rusiya-Ukrayna müharibəsində həlak olan dinc əhalinin üzərinə timsah göz yaşları tökənlər, bu gün minlərlə günahsız uşağın ölümünü səssizcə seyr edirlər... Bir çox bölgələrin sakinlərinə göz yaşı tökdük: Krımdan Qarabağa, Bosniyadan, Kərkükə, Fələstindən Türküstana, Əfqanıstandan Çeçenistana”, - Ərdoğan bildirib.

Türkiyə prezidentinin sözlərinə görə, İsrail lazım gələrsə qurban veriləcək “piyada”dır.

“Qərb dünyası öz siyasətçilərini və mediasını Qəzza zolağında uşaqların, qadınların və günahsız insanların qətliamını qanuniləşdirmək üçün səfərbər edib, İsrail açıq şəkildə müharibə cinayətləri törədir”. İnsanların öldürülməsi İsraili qətiyyən narahat etmir... Qəzza zolağındakı xaosa görə ən böyük məsuliyyəti Qərb daşıyır. Qəzza zolağındakı münaqişə tamamilə Qərbin işidir”, - deyə Ərdoğan bildirib.

Bizimlə əlaqə saxlayın