26 
Okt
2023
23:15
413

Baş nazir Birləşmiş Ərəb Əmirliklərinin xarici ticarət məsələləri üzrə dövlət naziri ilə görüşüb

Gürcüstanın baş naziri İrakli Qaribaşvili Birləşmiş Ərəb Əmirliklərinin xarici ticarət üzrə dövlət naziri Tani bin Əhməd Zeyudi ilə görüşüb.

 InterPress.ge xəbər verir ki, məlumatı Gürcüstan hökumətinin administrasiyası yayıb.

Məlumata görə, görüşdə Gürcüstan və Birləşmiş Ərəb Əmirlikləri arasında ikitərəfli münasibətlər və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Söhbət zamanı Gürcüstan və Birləşmiş Ərəb Əmirlikləri arasında Hərtərəfli İqtisadi Əməkdaşlıq haqqında Sazişin (“CEPA”) əhəmiyyətinə toxunulub.

İrakli Qaribaşvilinin sözlərinə görə, saziş Gürcüstan və Birləşmiş Ərəb Əmirlikləri arasında daha güclü və konsolidasiya edilmiş ticarət-iqtisadi əlaqələrin inkişafı üçün möhkəm zəmin yaradır.
“Vurğulanıb ki, sözügedən sazişin imzalanması nəticəsində Gürcüstan Əmirliklərlə azad ticarət rejiminə malikdir ki, bu da Gürcüstan üçün yüksək alıcılıq qabiliyyətinə malik əlavə 10 milyonluq bazarın açılması deməkdir.
Həmçinin qeyd olunub ki, Gürcüstan Körfəz ölkələri ilə tərəfdaşlıq və dostluq əlaqələrinin dərinləşməsində maraqlıdır.
Baş nazir Gürcüstanın həm Avropa, Asiya, həm də Yaxın Şərq ölkələri ilə əlaqə və tranzit istiqamətində malik olduğu mühüm roldan danışıb.
Görüşdə iqtisadi sahədə əməkdaşlığa toxunulub. Gürcüstandakı əlverişli investisiya mühiti və potensialı müzakirə edilib. Bildirilib ki, 2023-cü ilin 9-cu ayına Gürcüstanla Birləşmiş Ərəb Əmirlikləri arasında ticarət dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 64% artaraq 312,91 milyon ABŞ dolları təşkil edib. İxrac 60% artaraq 35,69 milyon ABŞ dolları, idxal isə 65% artaraq 277,22 milyon ABŞ dolları təşkil edib.
Görüşdə Gürcüstanın geostrateji mövqeyindən və tarixi tranzit rolundan danışılıb. Vurğulanıb ki, cari geosiyasi hadisələr fonunda Gürcüstanın Şərqlə Qərbi birləşdirən ölkə kimi rolu daha da aktuallaşıb.
Birləşmiş Ərəb Əmirliklərinin xarici ticarət məsələləri üzrə dövlət naziri “Tbilisi İpək Yolu Forumu” çərçivəsində Gürcüstandadır”, -deyə məlumatda qeyd olunur.

Bizimlə əlaqə saxlayın