26 
Okt
2023
12:50
524

İrakli Kobaxidze:"Gürcüstana namizəd statusu verilməsi ilə bağlı müsbət gözləntilər artır"

"Gürcüstana namizəd statusu verilməsi ilə bağlı müsbət gözləntilər artır".

InterPress.ge xəbər verir ki, bunu “Gürcü Arzusu”nun sədri, parlament çoxluğunun lideri İrakli Kobaxidze bildirib.

“Biz həmişə deyirdik ki, [namizəd statusu almaq üçün] 50/50 şans var, lakin bu gün vəziyyət kökündən dəyişib və tədricən ölkəmizin xeyrinə müsbət qərar yetişir. Ümid edirik ki, bu proses layiqincə sona çatdırılacaq. Praktiki olaraq, namizəd statusu ilə bağlı bu qərar artıq yetişmək üzrədir”, - Kobaxidze qeyd edib.

Bizimlə əlaqə saxlayın