25 
Okt
2023
22:17
896

Ərdoğan: "Lazım gələrsə, diplomatik və hərbi cəhətdən İsrailə qarşı hər şeyi edəcəyik"

"Ey israil, sən bunu (Həması) terror təşkilatı kimi görə bilərsən, çünki Qərbin sənə çox borcu var, amma Türkiyənin sənə heç bir borcu yoxdur".

InterPress.ge xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 25-də hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) parlament fraksiyasının toplantısında çıxışı zamanı deyib.

O qeyd edib ki, HƏMAS terror təşkilatı deyil, mücahidlər qrupudur.

Ərdoğan eyni zamanda lazım gələrsə İsrailə.qarşı hərşey edəcəklərini qeyd edib.

"Lazım gələrsə, diplomatik və hərbi cəhətdən İsrailə qarşı hər şeyi edəcəyik. Həyatımda bir dəfə Netanyahu adlı adamın əlini sıxmışdım. Bizim yaxşı niyyətimiz var idi, amma bizdən sui-istifadə etdilər. İsrailə getmək planımız var idi, amma onu ləğv etdik. Ölkəmizin qapıları sirf namuslu davranışlarına görə yaşadıqları ölkələrdə problem yaşayan universitet tələbələri və cəmiyyətin bütün digər təbəqələri üçün açıqdır", - deyə çıxışı zamanı Rəcəb Tayib Ərdoğan bəyanatda qeyd edib.

Bizimlə əlaqə saxlayın