24 
Okt
2023
20:18
338

Baş nazir Avropa Komissarı Oliver Varhey ilə görüşüb

Gürcüstanın baş naziri İrakli Qaribaşvili Avropa Qonşuluq Siyasəti və Genişlənmə üzrə Avropa komissarı Oliver Varhey ilə görüşüb.
 
InterPress.ge xəbər verir ki, bu barədə hökumət administrasiyası məlumat yayıb.

Aministrasiyanın məlumatına görə, baş nazirin Brüsselə işgüzar səfəri çərçivəsində keçirilən görüşdə Gürcüstanın Avropa İttifaqına daxil olması prosesi müzakirə olunub.

“İrakli Qaribaşvili Oliver Varheyin 12 tövsiyəsinin yerinə yetirilməsi üçün hökumətin atdığı addımlar barədə məlumat verib.

Baş nazir Oliver Varhey ilə görüşdə Gürcüstana namizəd statusunun verilməsinin vacibliyini vurğuladı və ümidvar olduğunu bildirdi ki, Gürcüstanın 12 prioritet islahatın həyata keçirilməsi üçün göstərdiyi səylər Avropa Komissiyasının hesabatında öz əksini tapacaq və Avropa Komissiyası bu ölkəyə namizəd statusunun verilməsini tövsiyə edəcək. 

Görüşdə, həmçinin Gürcüstan və Avropa İttifaqı arasında əməkdaşlıq gündəliyinin əsas istiqamətləri və assosiasiya sazişi çərçivəsində ölkənin həyata keçirdiyi islahatlar müzakirə olunub. Diqqət dünyada cərəyan edən proseslərə yönəldilib.
İrakli Qaribaşvili və Oliver Varhey təhlükəsizlik baxımından mövcud çağırışlarla bağlı fikir mübadiləsi aparıblar.

Baş nazir Avropa İttifaqına üzv olmaq yolunda Gürcüstana göstərdiyi qəti dəstəyə görə Avropa komissarına təşəkkür edib”, - məlumatda deyilir.

Daha  sonra Qaribaşvili  şəxsi Twitter hesabında görüş barədə fikirlərini qeyd edib.

Avropa komissarı Oliver Varheis ilə Avropanın qonşuluq siyasəti və genişlənməsi məsələləri ilə bağlı səmərəli görüşüm oldu, - deyə baş nazir qeyd edib.

Hökumət başçısı qeyd edib ki, görüşdə Gürcüstanın Avropaya inteqrasiya yolunda əldə etdiyi irəliləyişlər müzakirə olunub.

“Avropa Qonşuluq Siyasəti və Genişlənmə üzrə Avropa Komissarı Oliver Varhey ilə səmərəli görüş keçirdim. Biz Gürcüstanın Avropaya inteqrasiya yolunda əldə etdiyi irəliləyişi müzakirə etdik. "Gürcüstan Avropa İttifaqı ilə əlaqələri gücləndirir və səbirsizliklə namizəd statusu ilə bağlı qərarı gözləyir", - deyə Qaribaşvili qeyd edib.

Bizimlə əlaqə saxlayın