24 
Okt
2023
18:22
349

Şalva Papuaşvili Parlamentlərarası İttifaqın 147-ci Assambleyasının sessiyasında çıxış edəcək

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Parlamentlərarası İttifaqın (PAİ) 147-ci Assambleyasının sessiyasının iştirakçılarına müraciət edəcək.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Məclisin mətbuat xidməti məlumat yayıb.

Assambleyanın sessiyası Anqolanın paytaxtı Luandada keçiriləcək. Assambleyada 130 ölkədən 50-dən çox məruzəçi iştirak edir.

Məlumata  görə, assambleyada Parlamentlərarası İttifaqın (PAİ) prezidentinin seçilməsi planlaşdırılır.

“Parlamentin sədri Şalva Papuaşvili assambleya çərçivəsində müxtəlif ölkələrin parlament sədrləri ilə də ikitərəfli görüşlər keçirəcək.
Gürcüstan parlamentinin nümayəndə heyətinə parlamentin spikeri ilə birlikdə Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze və Ətraf Mühitin Mühafizəsi və Təbii Sərvətlər Komitəsinin sədr müavini Salome Kurasbediani daxildir”, - mətbaut xidmətinim yaydığı məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın