Kaxa Kaladze: "100% zəmanətlə deyirəm ki, ölkəmiz namizəd statusu alacaq"
"Bütün radikal müxalifət ölkənin namizəd statusu almasına mane olmağa çalışsa da, sizə demək istəyirəm ki, Gürcüstan namizəd statusu alacaq. 100% zəmanətlə deyirəm ki, ölkəmiz namizəd statusu alacaq".
InterPress.ge xəbər verir ki, bu barədə “Gürcü Arzusu”nun baş katibi Kaxa Kaladze jurnalistlərlə söhbəti zamanı bildirib.
Onun sözlərinə görə, bu gün Gürcüstan əhalisini əksəriyyətin dəstəyi ilə bütün seçkilərdə qalib gələn hakimiyyət təmsil edir.
“Bütün radikal müxalifət ölkənin status almamasına cəhd etsə də, sizə demək istəyirəm ki, Gürcüstan namizəd statusu alacaq. 100 faiz zəmanətlə deyirəm ki, ölkəmiz namizəd statusu alacaq. Hər şey edildi, sadəcə olaraq, ölkənin niyə status almaması ilə bağlı heç bir arqument qalmayıb. Yenə ədalətsiz qərar verilsə, çıxıb ictimaiyyətə izahat verəcəyik. Bugünkü nöqteyi-nəzərdən Gürcüstan 100% status alacaq.
“Milli Hərəkat” keçmişdə ölkəni idarə etdikləri üsulların çirkabında ilişib qalıb. Bu gün Gürcüstan əhalisini çoxluğun dəstəyi ilə bütün seçkilərdə qalib gələn hakimiyyət təmsil edir. Sizi inandırıram ki, “Milli Hərəkat”ın xalqa münasibəti bu gün də belə davam edir. Bu, başqa ölkənin maraqları naminə öz ölkəsini, öz xalqını qurban verməyə hazır olan təhlükəli qüvvədir. Onlar layiq olduqları yerdə olacaqlar”, - Kaladze qeyd edib.


