Azərbaycan və Ermənistanın Baş nazirləri Gürcüstana gələcəklər.
InterPress.ge xəbər verir ki, Əli Əsədov və Nikol Paşinyan İpək Yolu dördüncü beynəlxalq forumunda iştirak edəcəklər.
Forum oktyabrın 26-27-də Tbilisidə keçiriləcək. Əsas mövzu elektron ticarətin və rəqəmsal əlaqələrin dərinləşdirilməsi, nəqliyyat infrastrukturu və enerji olacaq. Forumu Ğaribaşvili açacaq.
