XİN: “ Gürcüstan “3+3” format görüşündə iştirak etməyəcək“
Gürcüstan Tehranda keçiriləcək “3+3” format görüşündə iştirak etməyəcək.
InterPress.ge xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Onların öz məlumatına görə, Gürcüstan sözügedən görüşdə heç vaxt iştirak etməyib.
"Gürcüstan sözügedən görüşdə iştirak etmir və heç vaxt iştirak etməyib" nazirlik qeyd edir.
Məlumat üçün bildirək ki, oktyabrın 23-də, bazar ertəsi İranın paytaxtı Tehranda Azərbaycan, Ermənistan, İran, Rusiya və Türkiyə xarici işlər nazirlərinin “3+3 formatında” görüşü keçiriləcək.
2020-ci ildə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Qafqazda “güclü sülh və sabitliyin təmin edilməsi üçün regional əməkdaşlıq üçün yeni platforma” – “3+3” yaradılması təşəbbüsünü açıqlayıb. Sözügedən formatda görüş ilk dəfə 2021-ci ildə keçirilib və o zaman Gürcüstan da iştirak etməyib.


