21 
Okt
2023
19:22
343

Aİ-ABŞ Sammiti Bəyanatı: “Biz Gürcüstanın ərazi bütövlüyünü, suverenliyini və Avropa perspektivini dəstəkləməyə davam edirik”

"Biz Gürcüstanın ərazi bütövlüyünü, suverenliyini və onun Avropa perspektivini tam şəkildə dəstəkləməyə davam edirik. Bütün tərəfdaşlar Avropa yolunda irəliləmək üçün lazımi islahatları davam etdirməlidirlər"

InterPress.ge xəbər verir ki, bu barədə ABŞ-Aİ sammitinin yaydığı birgə bəyanatda qeyd olunur.

Vaşinqtonda keçirilən ABŞ-Aİ sammitinin əsas mövzusu İsrail-Həmas müharibəsi olub, baxmayaraq ki, tərəflər digər mühüm məsələləri də müzakirə ediblər.

“Biz Gürcüstanın ərazi bütövlüyünü, suverenliyini və onun Avropa perspektivini tam dəstəkləməyə davam edirik. Biz Qərbi Balkanlarda sabitliyə birgə sadiqliyimizi və Aİ-nin regionda perspektivinə dəstəyimizi bir daha təsdiqləyirik. Bütün tərəfdaşlar Avropa yolunda irəliləmək üçün lazımi islahatları davam etdirməlidirlər”, - ABŞ-Aİ sammitinin bəyanatında qeyd olunub.

Bizimlə əlaqə saxlayın