Parlament pirotexniki vasitələrdən istifadə ilə bağlı qanunvericilik tənzimləmələri üzərində işləyir
İnsan Hüquqlarının Müdafiəsi və Mülki İnteqrasiya və Ətraf Mühitin Mühafizəsi və Təbii Sərvətlər komitələrində pirotexniki vasitələrdən istifadənin qanunvericiliklə tənzimlənməsi ilə bağlı işçi iclas keçirilib.
InterPress.ge xəbər verir ki, görüş müzakirə formatında baş tutub.
Deputatlar pirotexniki vasitələrlə bağlı qanunverici tərəfindən hansı modelə üstünlük verilməli olduğunu və Armaz Axvledianinin və Ana Natsvlişvilinin qanunvericilik təşəbbüsü ilə irəli sürdüklərindən başqa hansı alternativlərin nəzərdən keçirilə biləcəyini müzakirə ediblər.
Bildirilib ki, pirotexniki vasitələrin idxalına tam qadağa qoyulması mənfi təsir göstərə bilər, ona görə də alternativlərə baxılması zərurəti gündəmdədir. Pirotexniki vasitələrdən istifadənin son dərəcə məhdudlaşdırılmasını, eyni zamanda, tətbiq edilən məhdudiyyətlərə nəzarət və icra sisteminin təkmilləşdirilməsini nəzərdə tutan kompleks yanaşma variantı nəzərdən keçirilib.
İnsan Hüquqlarının Müdafiəsi və Mülki İnteqrasiya Komitəsinin sədri Mixeil Sarcveladze pirotexniki vasitələrdən qanunsuz istifadə nəticəsində başqalarının hüquqlarının pozulması faktlarını vurğulayıb. Ətraf mühitin mühafizəsi və təbii sərvətlər komitəsinin sədri Maya Bitadze pirotexniki vasitələrdən istifadə nəticəsində ətraf mühitə dəymiş ziyana toxunub. Qanunvericilik təşəbbüsünün müəllifləri: Armaz Axvlediani və Ana Natsvilişvili konkret işlərdən və şəxsi təcrübələrdən danışıblar.
İclasda dövlət qurumları öz səlahiyyətləri daxilində qeyd olunan məsələ ilə bağlı fikirlərini bildiriblər. Tərəflər fəaliyyət planının hazırlanmasının və vaxtında effektiv addımların atılmasının vacibliyi barədə razılığa gəliblər.
İclasda parlamentin deputatları Mixeil Sarcveladze, Maya Bitadze, Armaz Axvlediani və Ana Natsvlişvili ilə birlikdə müxtəlif dövlət qurumlarının nümayəndələri iştirak ediblər.


