Kosalı kəndində "Gürcü Arzusu" üzvləri ilə "Vahid Milli Hərəkat" üzvləri arasında qarşıdurma yaranıb
“Gürcü Arzusu” ictimai etirazı boğmağa çalışır. Onlar təxribat törətməyə, əhalini sosial yardım almayacaqları ilə hədələməyə çalışıblar, öz əhalisini şantaj edirlər ki, səsini çıxarmasınlar, əks halda cəzalandırılacaqlar – “Gürcü Arzusu”nun deputatları birbaşa olaraq DTX-nin tapşırığını yerinə yetirir və nəyə imza atdıqlarını da bilmirlər”.
InterPress.ge xəbər verir ki, bunu Qardabani Şəhər Şurasının üzvü Akif İsmayılov bildirib.
Partiyadan verilən məlumata görə, bu gün “Vahid Milli Hərəkat”ın üzvləri yerli sakinlərlə birgə Qardabani bələdiyyəsinin Kosalı kənd məktəbinin yaxınlığında aksiya keçirib və orada “Gürcü Arzusu” tərəfdarları qaçaraq vətəndaşlara fiziki müqavimət göstərib.
Bildirilib ki , “Vahid Milli Hərəkat” üzvləri Qardabani bələdiyyəsinin Kosalı kəndindəki məktəbin özəlləşdirmə siyahısına salınmasına etiraz edərək, satışa çıxarılan obyektlər siyahısından çıxarılmasını tələb ediblər.
“Gürcü Arzusu”nun Şəhər Şurasının üzvləri, o cümlədən bu kəndin çoxluq deputatı özlərinə bəraət qazandırmaq üçün təxribatla gəliblər, lakin mövcud olan bu faktdan heç kim qaça bilməz, sadəcə olaraq, DTX-nin tapşırıqlarını yerinə yetirirlər", - Akif İsmayılov deyib.
“Milli Hərəkat”ın korrupsiyaya qarşı mübarizə şöbəsinin katibi Vaso Uruşadzenin sözlərinə görə, “Gürcü Arzusu” ictimai etiraz yatırmağa çalışır.
Vahid Milli Hərəkatın Qardabani Şəhər Şurasının sədr müavini Anar Duradivinin sözlərinə görə, məktəbin mərkəzi girişi xüsusi olaraq yol kənarından açılıb ki, bu da məktəbin şagirdləri üçün problem və təhlükə yaradır.


