"Salome Zurabişvilinin nə xarizması var, nə də populyarlığı" - Kobaxidze
"Salome Zurabişvilinin nə xarizması var, nə də populyarlığı, onun dəstəkləndiyi yeganə yer “Milli Hərəkat” seçicilərinin müəyyən hissəsidir".
InterPress.ge xəbər verir ki, “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze jurnalistlərin "Salome Zurabişvilinin parlament seçkilərində müxalifətin tərəfində olub-olmayacağı" sualına belə cavab verib.
"Onun seçki öncəsi formal olaraq müxalifət tərəfinə və ya hər-hansı partiyaya keçib-keçməyəcəyini bilmirəm, amma mən bunu istisna etmirəm, çünki o, müstəqil fəaliyyət göstərmir və bu barədə razılığa gələ bilərlər. Ona görə də onun müstəqil hərəkət etmək imkanı yoxdur. O, “Milli Hərəkat”ın ilk nömrəsi ola bilər, amma burada da onlara heç nə verə bilməyəcək”, - Kobaxidze bildirib.


