Tbilisidə Respublika meydanına toplaşan “Milli Hərəkat” tərəfdarları karvanlarla Çorviliyə doğru gedirlər
Tbilisidə Respublika meydanına toplaşan “Milli Hərəkat” tərəfdarları və sadə vətəndaşlar karvanlarla Çorviliyə doğru gedirlər.
InterPress.ge xəbər verir ki, aksiya iştirakçıları bildiriblər ki, gürcü xalqı adından “Gürcü Arzusu”nun yaradıcısı Bidzina İvanişvilinin məsuliyyətdən qaça bilməyəcəyini xatırladacaqlar.
"Bölgələrdə gəzməyə davam edirəm, buna bu gün başlamamışam. Bu gün biz simvolik olaraq rus oliqarxının doğma kəndinə gedəcəyik, onun məsuliyyətdən qaça bilməyəcəyini xatırladacağıq. Baxırıq ki, “Gürcü Arzusu” bizi Rusiyanın tərəfində elan edib, buna imkan verməyəcəyik. Hətta iki nəfərin etiraz etdiyi hər yerdə olacağıq. Sonda biz hamımız Rusiya rejiminə qarşı birgə mübarizə aparacağıq”, - deyə Caparidze qeyd edib və əlavə edib ki, “Putinin əmri ilə Gürcüstanın üçüncü prezidenti əsirlikdədir”.


