"Ölkəmizin Avropa gələcəyini prezidentin impiçmenti ilə eyniləşdirmək tamamilə anlaşılmaz və fiziki cəhətdən mümkün deyil" - Kaladze
"Ölkəmizin Avropa gələcəyini prezidentin impiçmenti ilə eyniləşdirmək tamamilə anlaşılmaz və fiziki cəhətdən mümkün deyil, ölkənin Avropa gələcəyi ilə paralel aparmaq, sadə və elementar desək, çox gülüncdür".
InterPress.ge xəbər verir ki, bunu "Gürcü Arzusu"nun baş katibi Kaxa Kaladze bəyan edib.
Kaladzenin sözlərinə görə, “Milli Hərəkat” partiyası və Gürcüstan prezidenti Salome Zurabişvili bu gün bir çətir altındadırlar və eyni oyunu oynayırlar.
Kaladzenin bəyan etdiyinə görə, onu Salome Zurabişvilinin hansı bəyanatla çıxış edəcəyi və nə deyəcəyi maraqlandırmır.
"Gürcüstan hakimiyyəti ölkənin layiq olduğu statusu alması üçün hər şeyi edir. Ölkəmizlə bağlı ədalətsiz qərar verildi, əvvəllər də buna layiq idik.
O ki qaldı impiçment məsələsinə, biz əvvəldən bilirdik ki, bugünkü situasiyada qeyd olunan məsələni sona çatdırmaq qeyri-mümkündür. Prezident konstitusiyanı pozanda təsadüfi deyildi, çox yaxşı fikirləşirdi, getməsinə razılıq almaq üçün hökumətə müraciət göndərdi, rədd cavabı aldı, ancaq getdi, yəni konstitusiyanı pozdu. Bir motiv var idi, o, yaxşı bilirdi ki, “Milli Hərəkat” bütün bunları dəstəkləməyəcək, çünki bu gün onlar bir çətir altındadırlar və eyni oyunu oynayırlar. Bəri başdan dedik, İrakli Kobaxidze bununla bağlı açıqlama verdi ki, impiçmenti sona çatdırmaq mümkün deyil.
Ölkəmizin Avropa gələcəyini prezidentin impiçmenti ilə eyniləşdirmək qətiyyən anlaşılmaz və fiziki cəhətdən mümkün deyil. Burada hər kəs sizə deyəcək ki, bu, Konstitusiyanın pozulması idi. Adətən birbaşa, ağ qara kimi yazılır ki, prezident xaricə getməklə bağlı hökumətdən icazə almağa borcludur, onu pozanda çox böyük cinayətdir. Bununla ölkənin Avropa gələcəyi arasında paralel aparmaq, sadə və elementar desək, çox gülüncdür və həqiqətə uyğun gəlmir.
Açığını deyim, Salome Zurabişvilinin hansı bəyanatla çıxış edəcəyi mənə qətiyyən maraqlı deyil. Bu gün Gürcüstanda Salome Zurabişvilinin nə deyəcəyi və hansı bəyanatla çıxış edəcəyindən daha vacib mövzular var. Bu gün mənim üçün ən vacib olan ölkəmin ərazi bütövlüyünün bərpası, ərazilərin işğal altında olmasıdır, bu, çox vacibdir və digər şeylər bundan sonra gəlir”, - Kaladze bildirib.


