18 
Okt
2023
13:42
358

Prezident hakim partiyaya: "Bu gün mənim yox, sizin taleyiniz həll olunur"

"Belə çıxır ki, dünən sizə “kiçik adamlar” deyəndə incimisiniz, gözləyin görün öz övladlarınız, gələcək nəsillər və öz seçiciləriniz sizi hansı terminlərlə ifadə edəcəklər və bu proseslə mən heç nə itirmirəm - bu gün mənim yox, sizin taleyiniz həll olunur".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili onun impiçmenti məsələsinin müzakirə olunduğu parlamentin plenar iclasında bildirib.

Onun fikrincə, hakim komanda bu gün onu yox, özünü, ölkəni, onun Avropa gələcəyini impiçment edir.

Zurabişvilinin qeyd etdiyinə görə, o, heç nə gözləmir və çox gözəl bilir ki, artıq qərar verilib.

"80 kişinin bir qadına qarşı mübarizəsi çox asan görünür, amma inanmayın. Bu gün Gürcüstanın gələcəyinin sizin yox, onların əlində olduğuna inananlarla mübarizəni sona qədər aparmaq üçün nə insanların mənə inamından, nə sevgisindən, nə də enerjimdən heç nə əskik olmayacaq! Və bu gələcək onların demokratiyasından, azadlığından, müstəqilliyindən və Avropa ailəsinə qayıdışından ayrılmazdır!” – Zurabişvili bildirib.

Bizimlə əlaqə saxlayın