Hakim partiya sədri müxalifət deputatlarını prezidentin impiçmentini dəstəkləməyə çağırdı
"Mən sizin hamınızı Gürcüstan prezidentinin impiçment yolu ilə istefaya göndərilməsini dəstəkləməyə çağırmaq istəyirəm".
InterPress.ge xəbər verir ki, bunu prezident Salome Zurabişvilinin impiçment prosesinin müzakirə olunduğu parlamentdə “Gürcü Arzusu”nun sədri İrakli Kobaxidze bəyan edib.
O, müxalifətin prezidentin istefasını dəstəkləyəcəyinə ümid etdiyini bildirib.
“Ümidvar olduğumu bildirmək istərdim ki, heç olmasa bir müxalifət deputatı vicdanlı və ya peşəkar ləyaqət sahibi olacaq və Gürcüstanın milli maraqlarına uyğun qərar verəcək. Bir ölkənin konstitusiyanı açıq-aşkar pozan, ədəb-ərkan sərhəddini keçən prezidenti ola bilməz. Bu, təkcə çoxluq üzvlərinin deyil, müxalifətdən olan deputatların da məsuliyyətidir.
Sonda mən sizin hamınızı Gürcüstan prezidentinin impiçmentini dəstəkləməyə çağırmaq istərdim”, - deyə Kobaxidze bildirib.


