Gürcüstanda həbs və girovla yanaşı, yeni qabaqlayıcı tədbir - hərəkətin məhdudlaşdırılması tətbiq oluna bilər
Gürcüstanda həbs və girovla yanaşı, yeni qabaqlayıcı tədbir - hərəkətin məhdudlaşdırılması tətbiq oluna bilər.
InterPress.ge xəbər verir ki, “Gürcüstanın Cinayət Prosessual Məcəlləsi”nə dəyişikliklər layihəsi hazırlanıb.
Qanun layihəsini Regional siyasət və özünüidarə komitəsinin üzvlərinə layihənin müəlliflərindən biri, İnsan Hüquqlarının Müdafiəsi və Mülki İnteqrasiya Komitəsinin sədri Mixeil Sarcveladze təqdim edib.
Onun sözlərinə görə, bu gün qüvvədə olan məcəllə beş növ qabaqlayıcı tədbiri nəzərdə tutur ki, onlardan ikisi daha çox tətbiq olunur - həbs və girov.
Dəyişikliyə əsasən, Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qabaqlayıcı tədbirlər növlərinə yeni tədbir - hərəkətin məhdudlaşdırılması əlavə olunacaq.
Onun bildirdiyinə görə, təqsirləndirilən şəxsin hərəkətinin məhdudlaşdırılması gecə-gündüz (24 saatlıq məhdudiyyət) və ya gecə-gündüzün müəyyən müddətində tətbiq oluna bilər.
Profilaktika tədbiri - hərəkətin məhdudlaşdırılması elektron monitorinq vasitəsilə həyata keçiriləcək.
Komitənin sədri Kaxa Kaxişvilinin qeyd etdiyinə görə, elektron nəzarətdən istifadə etməklə yeni tədbirin tətbiqi - hərəkətin məhdudlaşdırılması məhbusların sayını azaltmağa kömək edəcək.
Komitə üzvləri qanun layihəsi paketinin plenar iclasda təqdim olunmasını dəstəkləyiblər.


