Salome Zurabişvili: “Gürcüstan parlamentində baş tutacaq impiçment prosesinde iştirak edəcəyəm”
Gürcüstan prezidenti Salome Zurabişvili Gürcüstan parlamentində baş tutacaq impiçment prosesinde işdirak edəcəyini bildirib.
InterPress.ge xəbər verir ki, prezident Gürcüstan parlamentində impiçment məsələsinin müzakirəsi zamanı müxalifəti kənarda dayanmağa çağırıb.
“Mən də parlamentə gedəcəyəm. Yeri gəlmişkən, əgər o balaca kişilərin yanında olsam, mənə dəstək olacaq kimsə lazım deyil. Məsləhət vermək istəyirəm... hər kəsin öz işidir, mən heç kimə heç nə diqtə edə bilmərəm, müxalifətə tövsiyə etmək istəyirəm ki, imicinin güclü olmasını istəyirlərsə, kənarda, bu anti-Avropa impiçmentinə qarşısında dursunlar. İçəridə olacağam, söz vverməsələr belə, onsuz da çıxıb hər nə demək lazım olduğunu deyəcəm. Ona görə də ölkədə olduğunu hiss etdiyim bu dəstəyə görə sizə dərin təşəkkürümü bildirirəm və sona qədər birlikdə mübarizə aparaq”, - deyə prezident çıxışında əlavə edib.
Məlumat üçün bildirək ki, bundan əvvəl Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bildirmişdi ki, prezident onun impiçmenti ilə bağlı sessiyada iştirak etmək arzusunu ifadə edərsə, parlament ona bunu etmək imkanı verəcək.


