15 
Okt
2023
09:23
408

“Gürcü Arzusu" Rusiyanı diktatura kimi tanımayıb

Gürcü Arzusu”nun nümayəndələri Avropa Şurasının Rusiyanın diktatura kimi tanınması ilə bağlı qətnaməsini dəstəkləməyiblər.

InterPress.ge xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun “Exo Kavkaza” layihəsi məlumat yayıb.

Məlumat üçün bildirək ki, Avropa Şurası Parlament Assambleyasının oktyabrın 13-də qəbul etdiyi qətnamədə Rusiya prezidenti Vladimir Putin 2024-cü il seçkilərindən sonra vəzifəsində qalarsa, onun “qanunsuz” elan edilməsi qeyd olunub.

Gürcüstandan yalnız “Vətəndaşlar” partiyasının deputatı Ketevan Turazaşvili sözügedən qətnaməni dəstəkləyib.

“Gürcü Arzusu”nun Assambleyadakı nümayəndə heyətinin rəhbəri İrakli Çikovaninin sözlərinə görə, hakim partiyanın bəzi nümayəndələri müşahidəçi qismində Polşadadır, özünün isə “başqa işləri” var.

Eyni zamanda, “Gürcü Arzusu” nümayəndə heyətinin rəhbəri Rusiyada diktaturanın olub-olmaması ilə bağlı sualı cavablandırarkən qeyd edib ki, Rusiyada “demokratiyanın tam işləməsi ilə bağlı problemlər mövcuddur”.

Məlumat üçün bildirək ki, “Gürcü Arzusu” nümayəndə heyəti Avropa Şurasının 2022-ci ildə Rusiyanı terrorçu dövlət kimi tanıyan qətnaməsinə belə qoşulmayıb.

Bizimlə əlaqə saxlayın