12 
Okt
2023
16:35
328

Viktor Orban: "Bura gəlməyimizin səbəbi macar xalqının Gürcüstan xalqına hörmət və ehtiramını göstərmək idi"

"Bura gəlməyimizin səbəbi macar xalqının Gürcüstan xalqına hörmət və ehtiramını göstərmək idi".

InterPress.ge xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili ilə birgə keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Macarıstan Gürcüstanın bir neçə yüz ildir ki, xristian dövlətini qorumaq üçün apardığı mübarizəsini yüksək qiymətləndirir.

“Hörmətli xanımlar və cənablar, çox təşəkkür edirəm. Baş nazir Ğaribaşviliyə dəvətə görə təşəkkür edirik. Gürcüstanda olmaqdan çox şadıq, burada olmaq bizim üçün şərəfdir. Bura gəlməyimizin səbəbi macar xalqının Gürcüstan xalqına olan hörmət və ehtiramını göstərmək idi.

Siz bizə iqtisadiyyatın çox yüksək inkişaf templərini göstərdiniz və bir neçə ildir ki, qoruyub saxlayırsınız. Bu nöqteyi-nəzərdən Avropa İttifaqı ilə yaxınlaşmağınız daha asan olmalıdır, lakin bizim görüşümüz son 30 ildə qlobal təhlükəsizlik vəziyyətinin heç vaxt indiki kimi pis olmadığı fonunda oldu”, - Orban bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər