İrakli Ğaribaşvili Macarıstanın Baş nazirini qəbul edib
"Gürcüstana yüksək səviyyəli nümayəndə heyətinin müşayiəti ilə gələn Macarıstanın Baş naziri Viktor Orbanı qəbul etmək şərəfinə nail oldum".
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili sosial şəbəkədə yazıb.
Hökumət başçısının qeyd etdiyinə görə, Gürcüstan və Macarıstanı çoxşaxəli uzunmüddətli tərəfdaşlıq və möhkəm dostluq birləşdirir.
“Gürcüstana yüksək səviyyəli nümayəndə heyətinin müşayiəti ilə gələn Macarıstanın Baş naziri Viktor Orbanı qəbul etmək şərəfinə nail oldum.
Xalqlarımızı uzun, çoxşaxəli tərəfdaşlıq və möhkəm dostluq birləşdirir.
Belə bir həlledici anda Gürcüstanın Avropa istəklərinə verdiyi güclü dəstəyə görə çox minnətdaram”– Gürcüstanın Baş naziri “Twitter”də yazıb.


