Türkiyə prezidenti: "Amerika təyyarədaşıyan gəmisinin İsrailə gəlməsi ciddi qırğına səbəb ola bilər"
"Amerika təyyarədaşıyan gəmisinin İsrailə gəlməsi ciddi qırğına səbəb ola bilər".
InterPress.ge xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avstriya kansleri Karl Noyhammerlə birgə mətbuat konfransında bildirib.
Ərdoğan İsrailin Qəzza zolağının blokadaya alınması qərarını tənqid edərək bildirib ki, fələstinlilərə elektrik enerjisi və su verilməsini kəsmək onların insan haqlarını pozur.
“ABŞ təyyarədaşıyan gəmisinin İsraildə nə işi var? O nə edəcək? O, Qəzzanın ətrafını bombalayacaq və ciddi qırğına başlayacaq”, - deyə Ərdoğan bildirib.
Türkiyə prezidenti tərəflər arasında vasitəçi kimi çıxış etmək təklifini təkrarlayıb və müharibənin sona çatması üçün səylərini davam etdirəcəyini bildirib. O, həmçinin qeyd edib ki, çərşənbə axşamı daha sonra Rusiya prezidenti Vladimir Putin, eləcə də BMT-nin baş katibi Antonio Quterreşlə danışıqlar aparacaq.


