10 
Okt
2023
14:55
292

Otar Şamuqiya Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər nazirinin müavini ilə görüşüb

Ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Otar Şamuqiya Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nazir müavini Vüqar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

InterPress.ge xəbər verir ki, məlumatı Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi yayıb.

Qurumun yaydığı məlumata görə, görüşdə tərəflər gələcək əməkdaşlığın istiqamətlərini və nazirliklər arasında əlaqələrin dərinləşdirilməsi məsələlərini müzakirə ediblər.

Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavininin qeyd etdiyinə görə, iki ölkə arasında ətraf mühitin mühafizəsi və ekologiya sahəsində bir çox istiqamətlərdə uğurlu əməkdaşlığın davam etdirilməsi vacibdir.

Otar Şamuqiya ilə görüşdən sonra Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər nazirinin müavini ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı nazirinin birinci müavini Nino Tandilaşvili ilə gələcək əməkdaşlığın istiqamətlərinin detallarını müzakirə edib.

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndə heyəti ilə keçirilən görüşdə ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı nazirinin müavinləri Yuri Nozadze və Kaxa Kakabadze, eləcə də nazirliyin müvafiq xidmətlərinin nümayəndələri iştirak ediblər.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər