08 
Okt
2023
22:09
382

Türkiyə prezidenti: “ Türkiyə İsrail və HƏMAS arasında münaqişənin dayandırılmasına kömək etməyə hazırdır“

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin İsraillə HƏMAS arasında münaqişənin dayandırılmasına və gərginliyin azaldılmasına kömək etməyə hazır olduğunu bildirib.

InterPress.ge xəbər verir ki, bu barədə o,İstanbulda bir kilsənin açılış mərasimində işdirakı zamanı bildirib.

 “Biz sülhün bərpası üçün diplomatik səyləri intensivləşdirməyə davam etməyə hazırıq. Biz regionda öz mövqeyinə malik olan bütün iştirakçıları sülhə səmimi töhfə verməyə dəvət edirik”, - deyə Ərdoğan bildirib.

Bununla belə, Türkiyə prezidenti bildirib ki,  "ölkə hər zaman “fələstinli qardaşlarımızla həmrəy olsa da, biz vurğulamışıq ki, regionda gərginliyi artıracaq, qan tökülməsinə səbəb olacaq və problemləri dərinləşdirəcək istənilən addımdan çəkinmək lazımdır”.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər