İsrailə hücum nəticəsində ölənlərin sayı 600-ü keçib
"HƏMAS"ın İsrailə hücumu nəticəsində ölənlərin sayı 600-ü keçib.
InterPress.ge xəbər verir ki, bu barədə İsrail rəsmiləri məlumat verib.
Məlumata görə, onların arasında terrorçularla döyüşdə onlarla əsgər və polis həlak olub.
Bundan əlavə, İsrail Səhiyyə Nazirliyi xəstəxanalarda yaralıların sayının 2048-ə çatdığını, o cümlədən 330 nəfərin vəziyyətinin ağır olduğunu təsdiqləyir.
Məlumat üçün bildirək ki, dünən, oktyabrın 7-də Qəzza zolağından İsrailə gözlənilməz raket və qurudan hücum edilib. Hücuma görə məsuliyyəti “Həmas” terror qruplaşması öz üzərinə götürərək, “Əqsa tufanı” əməliyyatı adlandırıb.
Raket hücumuna cavab olaraq İsrail Müdafiə Nazirliyi hərbi vəziyyət elan edib və “Dəmir Qılınclar” əməliyyatına başlanılıb.


