İrakli Ğaribaşvili: "Gürcüstan-Azərbaycan münasibətlərində əfsanəvi şəxsiyyət Heydər Əliyevin xidmətlərini qeyd etmək istərdim"
"Mən bir daha cənab İlham Əliyevin atası, əfsanəvi şəxsiyyət Heydər Əliyevin ümumən Gürcüstan-Azərbaycan münasibətlərində xidmətlərini qeyd etmək istərdim".
InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
Hökumət başçısı İlham Əliyevi və Azərbaycan xalqını Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təbrik edib.
"Bu əlaqələrin möhkəmlənməsində onun rolu çox böyükdür, o, böyük təməl qoyub. Biz bu yaxınlarda Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərgidə olduq və fürsətdən istifadə edərək bir daha cənab İlham Əliyevi və bütün Azərbaycanı atanızın 100 illik yubileyi münasibətilə təbrik etmək istəyirəm. Beləliklə, bir daha sizi, əziz dostum, salamlayıram, sizə sülh, uğurlar və firavanlıq arzulayıram”, - deyə baş nazir bildirib.


